Bu gün səhər saatlarında Bakı metrosunda gecikmə qeydə alınıb.
BAKU.WS xəbər verir ki, qatarlararası interval 8 dəqiqədən çox olub.
Gecikmə "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində olan xətdə baş verib. Nəticədə vaqonlarda və stansiyalarda sıxlıq yaranıb. "Dərnəgül" istiqamətində gedən qatar "Nəsimi" stansiyasında gözləməli olub.
Gecikmənin səbəbi məlum deyil. Aidiyyəti üzrə sorğu verilib.