AZ

Olimpiadada Rusiya bayrağı QALMAQALI: Stüard MÜDAXİLƏ ETDİ

İtaliyada keçirilən Olimpiadada Kanada-Çexiya matçında Rusiya bayrağı asılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

İtaliyada keçirilən Qış Olimpiya Oyunları zamanı Kanada və Çexiya yığmaları arasında baş tutan hokkey qarşılaşmasında tribunada Rusiya bayrağı dalğalandırılıb.

Moskvanın “Spartak” klubunun formasını geyinmiş azarkeş üzərində “Zelenograd” yazılmış Rusiya bayrağını asıb. Lakin hadisədən bir neçə dəqiqə sonra stüard həmin azarkeşə yaxınlaşaraq bayrağı yığışdırmağı xahiş edib.

Nəticədə Rusiya bayrağı tribunadan götürülüb. Hadisə idman ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
74
interpress.az

1Mənbələr