AZ

Dəniz, hava və quru qoşunların təlimi keçirilib

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyə Silahlı Qüvvələri Almaniyada keçirilən NATO-nun “Steadfast Dart 2026” təlimində birgə əməliyyat imkanlarını nümayiş etdirib.

Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, tədbir çərçivəsində Türkiyə, İspaniya, Almaniya və İtaliya da daxil olmaqla 11 müttəfiq ölkənin dəniz, hava və quru qoşunları amfibiya desant əməliyyatı həyata keçirib.

Türkiyə Silahlı Qüvvələri NATO-nun builki ən böyük və ən əhatəli “Steadfast Dart 2026” təlimi çərçivəsində Almaniyada əməliyyat bacarıqlarını və müttəfiq ölkələrlə koordinasiyalı missiyalar yerinə yetirmək bacarığını nümayiş etdirib.

V. QULİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
reyting.az

1Mənbələr