Avropa İttifaqı Qəzzanın idarəsi üzrə Milli Komitəyə dəstək vermək imkanlarını araşdırır. “Əl-Ərəbiyyə” saytı yazır ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) adından yayılan sənəddə deyilir.
Hafta.az xəbər verir ki, Avropa İttifaqı Qəzzada bu yaxınlarda təsis olunmuş keçid hakimiyyəti strukturları ilə əlaqə saxlayır.
Bu, Avropa xarici işlər nazirlərinin fevralın 23-də Brüsseldə keçiriləcək görüşdə Qəzzadakı vəziyyəti müzakirə edəcəyi bir vaxta təsadüf edir.
Avropa İttifaqı ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılan Qəzza üzrə Sülh Şurasına rəsmi olaraq qoşulmasa da, Brüssel bazar ertəsi günü Avropa komissarının qurumun ilk iclasında iştirak edəcəyini açıqlayıb.
Aralıq dənizi üzrə komissar Dubravka Şuytsa fevralın 19-da Qəzzadakı vəziyyətlə bağlı Avropanın mövqeyini təqdim etmək üçün Vaşinqtona səfər edəcək.