AZ

Ərəb dilində mahnı oxudu Video

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Məşhur türkiyəli aktrisa Pınar Deniz ərəb mediasının diqqətini yenidən öz üzərinə çəkib.

“Qafqazinfo” xəbər verir ki, aktrisa “Etbil Arabi” jurnalına verdiyi müsahibə zamanı ərəb dilində mahnı ifa edib.

Bu anlar sosial mediada geniş yayılıb və pərəstişkarlarının böyük marağına səbəb olub.

Eyni zamanda, Pınar Deniz rəqəmsal platformada yayımlanacaq “Dönence” serialına hazırlıqlarını davam etdirir. “Bozdağ Film” tərəfindən istehsal olunan və Kıvanç Tatlıtuğun baş rolda oynayacağı serialda qadın baş rol üçün Pınar Denizlə danışıqlar hələ də davam edir.

Serialın cəmi 8 bölüm olması planlaşdırılır. Mənbələrə görə, aktyorların qazancı da müəyyənləşib: Kıvanç Tatlıtuğ istehsalın sonunda 32-40 milyon TL, Pınar Deniz isə təxminən 24 milyon TL qazanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
qafqazinfo.az

1Mənbələr