AZ

Ağ Ev: ABŞ İranla bağlı Rusiyaya xəbərdarlıq etməyib

Ağ Ev: ABŞ İranla bağlı Rusiyaya xəbərdarlıq etməyib

Birləşmiş Ştatlar nə Rusiyaya, nə də Çinə, Vaşinqton Tehrana qarşı yenidən güc tətbiq etmək qərarına gələrsə, İran ətrafındakı vəziyyətə müdaxilə etməmək barədə xəbərdarlıqla müraciət etməyib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levittin jurnalistlər üçün keçirdiyi brifinqə istinadən xəbər verir.

“Mənə belə bir şey məlum deyil”, — deyə o, Oman körfəzində və Hind okeanının şimal hissəsində keçiriləcək birgə Rusiya-İran təlimləri fonunda Vaşinqtonun Moskva və ya Pekinə belə bir xəbərdarlıqla müraciət edib-etməməsi barədə sualı cavablandırarkən bildirib.

“Lakin mən bu kürsüdən prezident Donald Trampın dünya liderləri ilə apardığı şəxsi söhbətlərinin məzmununu açıqlamayacam” — deyə Ağ Ev rəsmisi qeyd edib: “İrana gəlincə, qərar qəbul etmək prezidentin öhdəsinə düşür və o, bunu edəcək. Mən bu qərarın necə ola biləcəyi barədə danışa bilmərəm”.

Bundan əvvəl İran Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Həsən Maqsudlu qeyd olunan birgə təlimlərin fevralın 19-da keçiriləcəyini bildirib. Maqsudlunun sözlərinə görə, manevrlərin əsas vəzifəsi dənizdəki təhlükəsizlik təhdidlərinə qarşı mübarizədə, xüsusilə ticarət gəmilərinin və neft tankerlərinin qorunması, habelə dəniz terrorizmi ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyətin yoxlanılmasıdır.

Seçilən
21
afn.az

1Mənbələr