PSJ-nin hücumçusu Dezire Due “Real Madrid”in maraq dairəsinə düşüb.
İdman.Biz-in “El Nacional”a istinadən məlumatına görə, “Real Madrid” oyunçunun transferi üçün 100 milyon avro ödəməyə hazırdır.
“Real Madrid” Dueyə hazırda Paris klubunda aldığından daha çox oyun müddəti təklif edə bilər. Dezire Due 2024-cü ildə "Renn"dən PSJ-yə 50 milyon avroya keçib. Onun müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir. Bu mövsüm hücumçu bütün yarışlarda parislilərin heyətində 23 oyunda iştirak edib, səkkiz qol vurub və beş məhsuldar ötürmə edib.
Transfermarkt onun dəyərini 90 milyon avro qiymətləndirir. Due 2025-ci ildə “Globe Soccer Awards” tərəfindən “İlin Gənc Oyunçusu” seçilmişdi.