AZ

ABŞ səfirliyi Nərimanı təbrik etdi, paylaşımda yazdılar ki… FOTO

ABŞ-nin Azərbaycandakı səfirliyi Azərbaycan millisinin üzvü Nəriman Axundzadəni "Kolambus Kryu"ya (ABŞ) keçməsi münasibəti ilə təbrik edib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesablarındakı paylaşımda bildirilib. Açıqlamada yazılıb:

"Azərbaycanlı futbol ulduzu Nariman Axundzadəni ABŞ-nin Ohayo ştatını təmsil edən Columbus Crew klubu ilə müqavilə imzalaması münasibətilə səmimi-qəlbdən təbrik edirik!

“Qarabağ FK”nın heyətində nümayiş etdirdiyi parlaq və yaddaqalan çıxışlarla geniş rəğbət qazanan istedadlı gənc hücumçu ABŞ-nin Major League Soccer (MLS) liqası ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur.

Eyni zamanda, “Qarabağ” klubuna bu axşamkı Çempionlar Liqası qarşılaşmasında uğurlar və inamlı qələbə diləyirik!"

Nəriman 2022-2026-cı illərdə "Qarabağ"ın əsas komandasının formasını geyinib.

Seçilən
52
sportinfo.az

1Mənbələr