AZ

Olimpiadada hamıya hədiyyə veriblər, onlardan başqa

İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında neytral idmançı kimi iştirak edən rusiyalı idmançılar təşkilatçılardan ənənəvi mobil telefon hədiyyəsi almayıblar.

Publika.az xəbər verir ki, TASS-ın məlumatına görə, Olimpiya Kəndində qeydiyyatdan keçərkən idmançılara adətən əvvəlcədən quraşdırılmış oyun tətbiqləri, xəritələr, cədvəllər və digər faydalı funksiyaları olan unikal dizaynlı smartfonlar verilir.

İdmançıların ləvazimatları Cənubi Koreya şirkəti və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sponsoru olan “Samsung” tərəfindən təmin edilir.

Şirkətin veb saytında Olimpiya və Paralimpiya Oyunlarında iştirak edən təxminən 3800 iştirakçının üzərində Olimpiya qravürləri olan telefonlar alacağı vurğulanır.

Seçilən
76
publika.az

1Mənbələr