BAKI, 19 fevral. TELEQRAF
Kaliforniya dağlarında baş verən qar uçqunu nəticəsində itkin düşən doqquz xizəkçidən səkkizi ölü tapılıb.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” nəşri Nevada dairəsinin şerifi Şennon Munun açıqlamasına istinadən məlumat yayıb.
Şerif bildirib ki, uçquna düşən qrup ümumilikdə 15 nəfərdən ibarət olub. Təxminən altı saat sonra xilasedicilər sağ qalan altı nəfərə çata biliblər və qrupun daha üç üzvünün meyitini aşkarlayıblar.
Daha sonra hadisə yerinin yaxınlığında daha beş nəfərin cəsədi tapılıb. Lakin doqquzuncu şəxs hələ də itkin sayılır və onun da öldüyü ehtimal edilir.