Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Azərbaycanla Ermənistan arasında ötən ilin avqustun 8-də Vaşinqtonda əldə edilmiş sülh sazişi ABŞ Prezidenti Donald Trampın gündəliyində əsas yer tutur".
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "İmedi" telekanalına müsahibəsində deyib.
Nazir qeyd edib ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycan və Ermənistana səfərləri bu sazişin bir növ davamı olub.
"Vensin uzun müddətdir davam edən münaqişəyə son qoyan iki Cənubi Qafqaz ölkəsinə səfəri bunun nümayişi oldu", - Boçorişvili əlavə edib.
Qeyd edək ki, Ceyms Devid Vens 9-11 fevral tarixlərində rəsmi səfərlə Ermənistan və Azərbaycanda olub. Bəzi gürcü politoloqların fikrincə, Vensin Gürcüstana səfər etməməsi ölkənin Qərbdən üz döndərməsi ilə əlaqəlidir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.