AZ

“Qarabağ”ın baş məşqçisi: “Fasilədə futbolçuları sakitləşdirməyə çalışdım”

“Əfsuslar olsun bu cür hesabla məğlub olduq. Belə hesabla uduzmaq istəməzdik”.

İdman.Biz-i məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Nyukasl”a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis böyük hesabla məğlub olduqları qarşılaşmanı şərh edib.

“Rəqib çox sürətli oynayan bir komandadır. Hazırlıqları da yüksək səviyyədə idi. Azarkeşlərimizə təşəkkür edirik ki, sona qədər komandamızın yanında oldular. Gözəl olan o idi ki, fevral ayına qədər Çempionlar Liqası matçları Azərbaycanda keçirildi. Dediyim kimi, bu cür uduzmaq istəməzdik”.
Fasilədə futbolçuları sakitləşdirməyə çalışdım. Bildirdim ki, nə olursa olsun, oyundan qopmamalıyıq. İkinci yarıda Bədavi Hüseynovu meydana buraxmağımızın məqsədi müdafiə xəttini gücləndirmək idi", - Qurbanov bildirib.

“Qarabağ” – “Nyukasl” matçı qonaq komandanın 6:1 hesablı qələbəsi ilə bitib. Cavab qarşılaşması isə fevralın 25-də İngiltərədə baş tutacaq.

İdman.Biz
Seçilən
27
1
idman.biz

2Mənbələr