AZ

Fasilədə baş verənlərdən danışdı

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

"Hesab daha da arta bilərdi".

Milli.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirilən "Qarabağ" - "Nyukasl Yunayted" oyunundan sonra mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

O, bildirib ki, fasilədə futbolçuları sakitləşdirməyə çalışıb:

"Fasilədə ancaq futbolçuları sakitləşdirməklə məşğul oldum. Belə davam etməməli olduqlarını dedim. Çünki hesab daha da arta bilərdi. Bədavi Hüseynovu da müdafiəni gücləndirmək üçün oyuna saldım".

"Bəhlulun matç zamanı əzələsi dartıldı. Onun zədəsinin nə dərəcədə ciddi olub-olmadığını sabah biləcəyik", - deyə baş məşqçi qeyd edib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Nyukasl Yunayted" oyunu 1:6 hesabı ilə bitib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
news.milli.az

2Mənbələr