AZ

“Qollardan sonra özlərini ələ ala bilmədilər” Video

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

“Əfsuslar olsun bu cür məğlubiyyyət oldu. Əlbəttə, belə hesabla uduzmaq istəməzdik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Nyukasl”a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

O bildirib ki, istənilən oyunda belə nəticələr ola bilər.

“Bu, tam başqa bir səviyyədir. Futbolçularım ilk dəqiqələrdən çox böyük zərbə aldılar. Onlar buraxılan qollardan sonra özlərini ələ ala bilmədilər. Bu qarşıdakı rəqibin də gücünü göstərirdi. Rəqib çox sürətli oynayan bir komandadır və hazırlıqları da yüksək səviyyədə idi. Azarkeşlərimizə təşəkkür etmək istərdim, baxmayaraq ki, böyük hesablı məğlubiyyət oldu, sona qədər komandamızın yanında oldular”, - deyə o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
qafqazinfo.az

1Mənbələr