AZ

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" və "Nyukasl" komandaları üz-üzə gəlir. İngiltərə təmsilçisi ilk hissədə 5 qol vurub və bu qollardan dördünü Entoni Qordon vurub.

Bizim.Media xəbər verir ki, "Nyukasl"ın hücumçusu UEFA Çempionlar Liqası tarixində bir oyunun ilk hissəsində dörd qol vuran ikinci futbolçu olub.

Daha öncə oxşar rekorda 2014-cü ilin oktyabrında Donetsk "Şaxtyor"unun heyətində BATE ilə oyunda Luis Adriano imza atıb

Xatırladaq ki, bu komandalar arasında cavab matçı Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.

Bizim.Media

Seçilən
37
41
bizim.media

10Mənbələr