AZ

Eddi Hau: “Qarabağ” zəif rəqib deyil, qələbəmiz hazırlığımızın nəticəsidir

Bakı, 19 fevral, AZƏRTAC

“Qarabağ”ı öncədən də asan rəqib hesab etmirdik. Qələbəmiz hazırlığımızın nəticəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İngiltərənin “Nyukasl” klubunun baş məşqçisi Eddi Hau UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” klubuna 6:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

Britaniyalı mütəxəssis “Qarabağ”ın ikinci hissədəki təzyiqindən və öz futbolçularındakı yorğunluqdan söz açıb. O, ilk matçdakı dominantlığa rəğmən, qapılarında gördükləri qola görə üzüldüklərini gizlətməyib: “Müəyyən boşluqlar verdik və qapımızda qol görəndə məyus olduq. Əks-hücumlarda yaxşı təsir bağışladıq və rəqibə təzyiq göstərdik”.

Püşk haqqında danışan məşqçi Ağdam klubunu asan rəqib hesab etmədiklərini deyib: “Onların oyunlarını izləmişdik, zəif komanda deyillər. Qələbə rahat görünsə də, bu, bizim hazırlığımızın nəticəsi idi”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 25-də keçiriləcək. Bu cütün qalibi 1/8 finalda “Çelsi” və ya “Barselona” kollektivlərindən biri ilə qarşılaşacaq.

Seçilən
71
1
azertag.az

2Mənbələr