AZ

Volkswagen , Renault və Stellantis istintaqa cəlb edildi

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Almaniyanın "Volkswagen" konserninə Fransa ərazisində "insan və heyvan sağlamlığı üçün təhlükə yaradan məhsullar"la bağlı ictimaiyyəti qəsdən çaşdırmaq ittihamı irəli sürülüb.

Avtosfer.az bu barədə AFP agentliyinə istinadən xəbər verir.

Bundan əlavə, "Renault" və "Stellantis" şirkətləri də Fransa məhkəməsi qarşısında cavab verməli olacaqlar. Bildirilir ki, adıçəkilən avtomobil istehsalçılarının hamısı "dizelqeyt"lə bağlı genişmiqyaslı araşdırma çərçivəsində təhqiqat altındadır.

Agentliyin məlumatına görə, məhkəmə dinləmələri 2027-ci ildən tez başlamayacaq. "Volkswagen"ə qarşı irəli sürülən iddialarla yanaşı, Fransa hakimiyyəti "Renault" qrupu və "Stellantis" alyansının iki bölməsi ilə bağlı da tədbirlər görməyi planlaşdırır.

Xatırladaq ki, "dizelqeyt" termini 2015-ci ildə "Volkswagen" ətrafında baş vermiş qalmaqaldan sonra geniş yayılıb. Məlum olmuşdu ki, avtomobil nəhəngi uzun illər ərzində dizel mühərrikli avtomobillərinin zərərli emissiya göstəricilərini təhrif edib (Oxu.az).

Oxunub 18

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
avtosfer.az

1Mənbələr