AZ

Real ın qələbəsi irqçi qalmaqalın kölgəsində qaldı O, Vinisiusa 5 dəfə meymun dedi

ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çempionlar Liqasının pley-offunda Lissabonda keçirilən ''Benfika'' - ''Real'' matçı gərgin və qalmaqallı alındı. "Football-plus.az" xəbər verir ki, görüşün taleyini bir qol həll etdi. Yeganə qolu 50-ci dəqiqədə Vinisius vurdu. Ünlü futbolçu bununla da ÇL-də 31-ci dəfə fərqləndi. O, bu turnirdə ən çox qol vuran braziliyalı futbolçuların siyahısında Kakanı (30) geridə qoyaraq ikinci pilləyə yüksəldi və indi yalnız Neymardan (43) geri qalır. Amma əsas qalmaqal qoldan sonra qopdu. Vininin qol sevinci zamanı künc bayrağının yanında rəqs etməsi yerli fanatların, eləcə də ''Benfika''lı futbolçuların xoşuna gəlmədi. Həmin məqamda ''sambaçı'' hakim Fransua Letesyeyə yaxınlaşaraq ''Benfika''nın argentinalı üzvü Canluka Prestianninin onu meymun adlandırdığını dedi. Nəticədə hakim oyunu 10 dəqiqə dayandırmalı oldu. Daha öncə dəfələrlə bu cür qalmaqalların iştirakçısı olan braziliyalı ulduz yenə irqçi təhqirlərə məruz qaldı. Matçın ardından ən diqqətçəkən açıqlamaları isə ''Real''ın lideri Kilian Mbappe verdi. O, Prestianninin ağzından çıxan sözü öz qulağı ilə eşitdiyini bildirərək bu futbolçunun bu turnirdən kənarlaşdırılmalı olduğunu vurğuladı:

''Prestianni bundan sonra ÇL-də oynamamalıdı. Üzrxahlıq etdimi? Siz onun sifət cizgilərini gördüzmü? Biz axmaq deyilik. Demirəm ki, mən idealam. Amma belə şeylərə heç vaxt göz yummuram. Biz insanlara örnək olmalıyıq. Amma bu oğlan ağzından çox pis kəlimələr çıxartdı. Ən mühüm klub turnirində bu hadisə necə baş verə bilər? Prestianni 5 dəfə Vinisiusu ''meymun'' adlandırdı. Bəli, düz 5 dəfə! Öz gözümlə gördüm və öz qulağımla eşitdim. Həmin an ağzını forması ilə gizlətməyə çalışdı ki, heç kim görməsin və bilməsin. Ancaq onun oyunsonrası reaksiyasından da hər şey aydın şəkildə bəlli olur. Eləcə də onun sifət cizgilərindən və özünü aparmağından. Onun üz cizgiləri yalan danışmır. ''Benfika'' ilə heç bir şəxsi qərəzliyim yoxdu. Eləcə də onların fanatları və baş məşqçisi ilə. Əksinə Mourinyonun dünyanın ən yaxşılarından biri olduğunu düşünürəm. Gözləyək, görək, UEFA nə qərar verəcək. Bu oğlan artıq ÇL-də oynamamalıdı. Həyatda futboldan daha önəmli şeylər var''.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
1
icma.az

2Mənbələr