AZ

“Nyukasl” Çempionlar Liqası tarixində fasiləyədək 5:0 hesabı ilə öndə olan ikinci komanda olub

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

İngiltərənin “Nyukasl” klubu tarixdə UEFA Çempionlar Liqasının pley-off matçında fasiləyədək beş və ya daha çox qol fərqi ilə öndə olan ikinci komanda olub.

İdman.Biz bildirir ki, klub Bakıda “Qarabağ” klubu ilə oyunda ilk hissəni 5:0 hesabı ilə öndə başa vurub.

“Bavariya” bundan əvvəl bu nailiyyəti 2015-ci ilin aprelində “Portu”ya qarşı dörddəbir finalda qazanmışdı, o zaman da hesab 5-0 idi. Statistika “OptaJoe”yə məxsusdur.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
1
icma.az

2Mənbələr