AZ

İnfantinodan Vinisius Juniora dəstək: İrqçiliyə yox!

İnfantinodan Vinisius Juniora dəstək: İrqçiliyə yox!

FIFA Prezidenti Canni İnfantino UEFA Çempionlar Liqasının 1/16 final mərhələsinin pley-off raundunda "Benfika" və "Real Madrid" arasında keçirilən oyunda Vinisius Juniora qarşı irqçilik edildiyi iddiaları ilə bağlı təəssüfünü bildirib.

İnfantino həmin qarşılaşmada baş verən hadisədən kədərləndiyini paylaşıb və öz açıqlamasında bu kəskin ifadələrə yer verib:

"İdmanımızda və cəmiyyətimizdə irqçiliyə qətiyyən yer yoxdur. Bütün tərəfdaşlar hərəkətə keçməli və məsuliyyət daşıyanlar cavab verməlidir. FIFA və futbol aləmi irqçiliyin və hər cür ayrı-seçkiliyin qurbanları ilə tam həmrəydir. Hər zaman təkrarlamağa davam edəcəyəm: İrqçiliyə yox! Hər cür ayrı-seçkiliyə yox!"

FIFA rəhbəri həmçinin oyunu idarə edən fransız hakim Fransua Leteksieni də təbrik edib. O, hakimi oyunu dayandırdığı və vəziyyəti nəzarətə götürmək üçün xüsusi jestlərdən istifadə edərək irqçiliklə mübarizə protokolunu işə saldığı üçün təqdir edib.

Seçilən
56
afn.az

1Mənbələr