ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çeçenistan rəhbəri Ramzan Kadırov onun Kremlə çağırılması və ya Dağıstan senatoru Süleyman Kərimov ilə barışmağa məcbur edilməsi barədə iddiaları təkzib edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə teleqram kanalında yazıb. Kadırov bildirib ki, aralarında yaranmış anlaşılmazlıq Moskvada keçirilən şəxsi görüş zamanı həll olunub və məsələyə üçüncü tərəfin müdaxiləsi olmayıb.
“Süleyman Abusaidoviçlə həmişə dostluq və işgüzar münasibətlərim olub. Bəli, üzbəüz görüş və şəxsən söhbət tələb edən bir anlaşılmazlıq var idi və biz Moskvada görüşəndə məhz buna nail olduq”, – deyə Kadırov bildirib.
Çeçenistan lideri vurğulayıb ki, nə o, nə də senator barışdırılmaq üçün Kremlə çağırılmayıb. Onun sözlərinə görə, tərəflər öz təşəbbüsləri ilə görüşüb, məsələni müzakirə edərək razılığa gəliblər.
“Kimsə bizi barışdırmaq üçün çağırmayıb. Görüşmək qərarına gəldik, danışdıq, anlaşmaya gəldik və əl sıxdıq”, – deyə Kadırov qeyd edib.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.