AZ

Tramp bu tarixdə Konqresdə çıxış edəcək

ABŞ Prezidenti Donald Tramp fevralın 24-də ABŞ Senatı və Nümayəndələr Palatası qarşısında “Birliyin Vəziyyəti” ilə bağlı müraciət edəcək.


Manset.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti “X” sosial şəbəkəsində açıqlama yayıb.

Bildirilir ki, müraciətdə Vaşinqton administrasiyasının əsas prioritetləri və il ərzində görülən işlərin yekunları ön plana çəkiləcək.

Xatırladaq ki, ABŞ Konstitusiyasına əsasən, ölkə rəhbəri müəyyən dövrlərdə Konqresə ölkədəki ümumi vəziyyət barədə hesabat təqdim etməlidir.

Seçilən
20
4
manset.az

5Mənbələr