ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vaşinqton, 18 fevral, AZƏRTAC
Sabah ABŞ Prezidenti Donald Tramp Donald Tramp adına Sülh İnstitutunda Sülh Şurasının iclasına ev sahibliyi edəcək.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, iclasda Tramp üzv dövlətlərin Qəzzanın humanitar və yenidənqurma səylərinə 5 milyard dollardan çox vəsait ayırdığını, həmçinin qəzzalıların təhlükəsizliyini və sülhü qorumaq üçün beynəlxalq sabitləşdirmə qüvvələrinə və yerli polisə minlərlə işçi göndərəcəyini açıqlayacaq.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.