AZ

Ukrayna Paralimpiya Oyunlarını boykot etdi

ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Ukrayna rəsmiləri rusların bayraq altında Paralimpiya Oyunlarına buraxılmasına görə Paralimpiya Oyunlarını boykot edir.

Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın gənclər və idman naziri Matvey Bedni bildirib.

O, Rusiyaya milli bayrağı altında yarışa icazə verilməsi səbəbindən Ukrayna nümayəndələrinin İtaliyada keçiriləcək Paralimpiya Oyunlarına qatılmayacaqlarını açıqlayıb.

Bedni yazıb: "Təşkilatçıların qəribə qərarına cavab olaraq, Ukrayna rəsmiləri Paralimpiya Oyunlarında iştirak etməyəcəklər. Biz həmçinin açılış mərasimində və ya digər rəsmi Paralimpiya tədbirlərində iştirak etməyəcəyik".

19 sentyabr 2025-ci ildə BOK-un prezidenti Kristi Koventri təşkilatın Rusiyanın Olimpiya Oyunlarında iştirakına hazırkı yanaşmasını qoruyub saxlayacağını açıqlayıb. Qış Olimpiya Oyunları 2026-cı ilin fevral ayında İtaliyada keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
2
moderator.az

3Mənbələr