AZ

Linqard Braziliya yolunda

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mançester Yunayted"in keçmiş ulduzu Jesse Linqardın növbəti dayanacağı hər kəs üçün böyük sürpriz olub.

Fanat.Az xəbər verir ki, "Globo" nəşrinin yaydığı məlumata görə, 33 yaşlı ingilis yarımmüdafiəçi Braziliyanın "Klub do Remo" komandası ilə danışıqlarda sona yaxınlaşıb.

Cənubi Koreyanın "Seul" klubu ilə müqaviləsi yanvar ayında başa çatan və hazırda azad agent olan futbolçunun Braziliya variantına olduqca isti yanaşdığı bildirilir.

1994-cü ildən bəri ilk dəfə Braziliya A Seriyasına yüksələn "Remo" rəhbərliyi, Linqardı heyətinə qataraq həm heyəti gücləndirmək, həm də dünya mətbuatının diqqətini öz üzərinə çəkmək niyyətindədir.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
fanat.az

2Mənbələr