AZ

TÜRKPA-nın Baş katibi Türkiyənin ATƏT yanında daimi nümayəndəsi ilə görüşüb

Fevralın 18-də TÜRKPA-nın Baş katibi Ramil Həsən Avstriyanın paytaxtı Vyana şəhərinə səfəri çərçivəsində Türkiyənin Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) yanında daimi nümayəndəsi səfir Zeynep Kızıltan ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüş zamanı 2010-cu ildən etibarən TÜRKPA və ATƏT arasındakı əməkdaşlıq, gələcək əlaqələrin inkişaf perspektivləri, o cümlədən TÜRKPA-nın ATƏT PA yanında müşahidəçi statusunun əldə edilməsi ilə bağlı qardaş ölkələrin daimi nümayəndəliklərinin dəstəyi müzakirə olunub.

Ramil Həsən TÜRKPA-nın cari və gələcək fəaliyyəti, eyni zamanda, Qazaxıstan sədrliyi çərçivəsində həyata keçirilən işlər barədə səfirə geniş məlumat verib

Öz növbəsində Zeynep Kızıltan TÜRKPA-nın Türk dünyası üçün xüsusi əhəmiyyətini vurğulayaraq, təşkilatın ATƏT və ATƏT PA ilə yanaşı, həyata keçirdiyi bütün fəaliyyətlərini dəstəklədiyini və gələcəkdə də bu istiqamətdə lazımi köməyin göstəriləcəyini ifadə edib.

Görüşdə, həmçinin digər ikitərəfli və strateji əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub.

Görüşdə Türkiyə tərəfindən Müşavir Pelin Musabay Baki və Üçüncü katib Can Bostancı, TÜRKPA-dan isə Baş katibin müavini Muhammet Alper Hayali, komissiya katibi Aynur Abutalıbova və Protokol xidmətinin müdiri Yadigar Məmmədov iştirak ediblər.

Seçilən
10
2
ikisahil.az

3Mənbələr