AZ

Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qayda pozan TIR sürücüsü ağır yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, Türkiyənin Tekirdağ bölgəsində baş verən hadisə müşahidə kamerası tərəfindən qeydə alınıb. Belə ki, F.A.-nın idarə etdiyi 59-AD-846 nömrə nişanlı TIR işıqforun qırımızı işığından keçərək yan yoldan hərəkətdə başlayan S.D.-nin idarə etdiyi 59-YG-824 nömrə nişanlı “Škoda” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən nəqliyyat vasitələri bir neçə metr sürünərək yol ayrıcındakı nişana və işıqfora çırpılıblar. Qəza nəticəsində minik avtomobilinin sürücüsü ağır vəziyyətə xəstəxanaya aparılıb. TIR-ın sürücüsü polis nəzarətində bölməyə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Oxunub 0

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
avtosfer.az

1Mənbələr