Bakı. Trend:
Şahmat üzrə Azərbaycan çempionatında finalçılar məlum olub.
Trend xəbər verir ki,kişilərin yarışında Məhəmməd Muradlı cavab görüşündə Read Səmədovuməğlub edərək finala vəsiqə qazanıb.
Şəhriyar Məmmədyarovla Aydın Süleymanlı arasında ikinci oyundada heç-heçə qeydə alınıb. Tərəflər finala vəsiqənin sahibinitay-brekdə müəyyənləşdirəcək.
Qadınların mübarizəsində Ülviyyə Fətəliyeva-Gülnar Məmmədovaarasında ikinci oyun heç-heçə başa çatıb. Ayan Allahverdiyeva isəTürkan Məmmədyarovanı məğlub edib.
Beləliklə, qadın şahmatçıların finalında Ülviyyə Fətəliyeva AyanAllahverdiyeva ilə qarşılaşacaq. Üçüncü yer uğrunda görüşdə GülnarMəmmədova və Türkan Məmmədyarova mübarizə aparacaq.