AZ

Dedim, bəlkə dikinə basdıraq? Dəfn qiymətləri kəllə çarxdadır

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yaxını vəfat edən vətəndaş yasın üzüntüsünü hələ atlatmamış qəbiristanlıqda yer almaq üçün müraciət etdikdə yüksək qiymətlərlə qarşılaşdığını iddia edir. Onun sözlərinə görə, qəbir yeri üçün tələb olunan məbləğ demək olar ki, paytaxtın mərkəzində obyekt qiymətinə bərabərdir. Şikayətçi bildirir ki, onlara yalnız torpaq sahəsi üçün 8 000 manat tələb olunduğu deyilib. Qəbir yerlərinin qiymətinin bu qədər yüksək olması vətəndaşlar arasında ciddi narazılıq yaradıb və məsələ ilə bağlı aydınlıq gətirilməsi tələb olunur. Bu barədə Demokrat.az-a açıqlamasında Milli Məclisin deputat Ceyhun Məmmədov deyib ki, əslində bu məsələ kifayət qədər ciddi və həssas mövzudur:“Artıq uzun müddətdir ki, cəmiyyətdə geniş şəkildə müzakirə olunur və müxtəlif baxışlar səsləndirilir. Problemin yaranmasının bir sıra obyektiv və sosial səbəbləri var ki, onları nəzərə almadan məsələyə düzgün yanaşmaq mümkün deyil. Əhalinin böyük bir hissəsinin Bakıda məskunlaşması əsas amillərdən biridir. Son illər paytaxta intensiv köç prosesi baş verib və nəticədə demoqrafik sıxlıq artıb. İnsanların əksəriyyəti istəyir ki, yaxınlarının dəfni də Bakıda həyata keçirilsin. Yəni, dəfn mərasimi bölgələrdə deyil, məhz paytaxtda təşkil olunsun. Bu istək həm ailə üzvlərinin burada yaşaması, həm də paytaxtda dəfn olunmağın daha münasib və əlçatan hesab edilməsi ilə bağlıdır. Lakin eyni zamanda yerlərin məhdudluğu ciddi problem yaradır”. O bildirib ki, bu gün Bakıda torpaq resursları kifayət qədər məhduddur:“Əhali artdıqca və tələbat yüksəldikcə mövcud sahələr sürətlə azalır. Təbii ki, bu da qiymətlərə birbaşa təsir göstərir. Torpaq sahələrinin bahalaşması qaçılmaz olur və bu vəziyyət sosial narazılıq yarada bilir. İqtisadi baxımdan da məsələ çətinləşir, çünki hər kəsin yüksək məbləğ ödəmək imkanı yoxdur. Bununla yanaşı, digər amillər də mövcuddur. Bəzi hallarda şəxslər əvvəlcədən özləri və yaxın qohumları üçün yerlər ayırır, hətta həmin əraziləri hasarlayır və ya xüsusi şəkildə saxlayırlar. Bu isə ümumi istifadəyə açıq olan sahələrin daha da azalmasına səbəb olur. Nəticədə yerlərin çatışmazlığı problemi daha da dərinləşir və proses sistemsiz xarakter alır. Bu məsələnin həlli üçün konkret və şəffaf qaydalar müəyyənləşdirilməlidir. Müvafiq qurumlar tərəfindən vahid normalar qəbul olunmalı, yer bölgüsü açıq və ədalətli prinsiplər əsasında həyata keçirilməlidir. Qaydalar həm sosial ədaləti təmin etməli, həm də uzunmüddətli planlaşdırmanı nəzərdə tutmalıdır.Əks halda, qarşıdakı illərdə vəziyyət daha da mürəkkəbləşə bilər. Əhali artımı və urbanizasiya davam etdikcə mövcud problemlər dərinləşəcək, narazılıqlar artacaq və idarəetmə çətinləşəcək. Ona görə də indidən planlı və sistemli addımlar atmaq vacibdir. Bu məsələ yalnız bu günün deyil, gələcək nəsillərin də maraqları baxımından strateji yanaşma tələb edir”.Həmçinin oxu:

'Bu qədər insanı niyə işsiz qoyuruq? Ailələrini necə dolandıracaqlar'

Mətanət Əsədova nadir xəstəliyə tutulub

Yumurta qaynadarkən suya diş çöpü atın — Səbəb təəcübləndirəcək

Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
1
demokrat.az

2Mənbələr