AZ

Dünyanın ən böyük amfibiyaları hansılardır?

Uzaq Şərqin nəhəng salamandraları planetin ən böyük amfibiyalarındandır. Yapon nəhəng salamandrası xalq arasında “handzaki” adlandırılır, buruş burunundan tritonvari nəhəng quyruğuna qədər 1,5 metrədək böyüyə bilir. 

HİT.az xəbər verir ki, bu barədə “Discoverwildlife” nəşri yazıb.

Bu salamandra axınlarda yaşayan yırtıcıdır: əgər balıq və ya xərçəng çox yaxınlaşarsa, nəhəng ağız ani şəkildə açılır, su və qida içəri çəkilir.

Handzakidən də böyük olan yaxın qohumu Çin nəhəng salamandrasıdır. Bu nəhəng canlı 1,8 metrədək böyüyə və 30 kiloqramadək çəkiyə malik ola bilər. Çində “vavav” (“uşaq-balığı”) adlandırılır, çünki suyun içindən çıxarıldıqda ağlamağa bənzər səslər çıxarır.

Dünyada amfibiyaların ən azı üçdə biri nəsli kəsilmə təhlükəsi ilə üz-üzədir və vavav bu sinfin çətin vəziyyətinin bariz nümunəsidir.

Ətraf mühitin məhv edilməsi, çirklənmə, iqlim dəyişikliyi, həddindən artıq ov və xəstəliklər bu canlılar üçün daimi təhdidlərdir. Hal-hazırda bu növ nəsli kəsilmək təhlükəsi ilə üzləşir və gələcəyi qeyri-müəyyəndir.

Dünyanın ən böyük xərçəngi yapon nəhəng hörümçək xərçəngidir. Ölçülərə görə daha böyük xərçəng yoxdur; Niderlandda muzey eksponatı olaraq 3,7 metr ayaq eninə malik nümünəsi saxlanılır.

13,6 kiloqram çəkisi ilə yapon nəhəng hörümçək xərçəngi bəlkə də ən ağır xərçəngdir, lakin daha iri görünüşlü Tasmaniya nəhəng xərçəngi də bu titula iddia edə bilər.

Samir
 

Seçilən
30
hit.az

1Mənbələr