AZ

''Qalatasaray''ın sabiq ulduzu ''Yuventus'' üzərində qələbədən sonra nə dedi?

Çempionlar Liqasının pley-offunda ''Qalatasaray'' ilk görüşdə ''Yuventus''u 5:2 darmadağın edərək gələn həftə baş tutacaq cavab oyunu ərəfəsində əla üstünlük qazandı.

"Football-plus.az" xəbər verir ki, bu arada İstanbul nəhənginin tarixində mühüm iz buraxmış isimlərdən olan Uesli Sneyder oyunla bağlı fikirləri ilə bölüşüb. ''Cim-Bom''un 2013-cü ildə 1:0 qalib gələrək ''Yuve''ni qrupda saxladığı məşhur oyunda qələbə qolunu məhz Sneyder vurmuşdu.

Sabiq klubunu tərifləyən sabiq niderlandlı ulduz bunları deyib:

''Yuve'' hələ ilk yarıda azlıqda qalmalı idi. Makkenni Şallainin sifətinə zərbə endirmişdi. Bu, qırmızı vərəqəlik hərəkət idi. VAR-ın müdaxilə etməməsi mənə qəribə gəldi. Ümumiyyətlə, almaniyalı VAR hakimi və niderlandlı mərkəz hakimi heç də uğurlu bir tandem deyil. Oyunu analiz etsək, görərik ki, Lanq iki qol vursa da, başqa heç nə ilə yadda qalmadı. Hərçənd belə bir oyundan sonra bunun artıq heç bir önəmi qalmır. Çünki komandan 5:2 qalib gəlib və sən 2 qol vurmusan. İndi Neapolda bütün qəzetlər ''yanılmışıq, Lanq iki qol vurdu, bizim başımız düzgün işləmir'' kimi sözlər yazacaqlar. ''Qalatasaray'' oyunboyu şərtlər nə olursa olsun, oynamağa, hücum etməyə çalışdı. Düzdü, hələ qarşıda cavab oyunu var. Amma ''Qalatasaray'' üçün çox sevincliyəm. Klubu və fanatları təbrik edirəm. ''Qalatasaray'' zatən uzun illərdi, Türkiyə futbolunun lideridi. Bunu tez-tez dilə gətirirəm. Artıq Avropada da bunu bacarmağın zamanıdı. Bu qələbə bu baxımdan irəliyə doğru atılmış tarixi bir addımdı''.
Seçilən
92
1
football-plus.az

2Mənbələr