AZ

Göygöldəki zəhərlənməyə görə məktəbin bufetini bağladılar - FOTO

Göygöldə kütləvi zəhərlənmə baş verən məktəb bufetinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq AQTA-dan bildirilib.
 

Məlumata görə, Göygöldə baş verən hadisə ilə əlaqədar AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi əməkdaşları tərəfindən rayonun Aşıqlı kənd məktəbinin daxilində fəaliyyət göstərən bufetdə plandankənar yoxlama keçirilib.


“Satılan məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb. Bufetin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb”, - deyə əlavə edilib.

Qeyd edək ki, ötən gün Göygöl rayonu Aşıqlı kənd tam orta məktəbində 10 şagirdin zəhərlənmə şübhəsi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət edilib.




Bizim.Media

Seçilən
87
2
bizim.media

3Mənbələr