AZ

Energetika və müdafiə sənayesi Bakı ilə Belqrad arasında qarşılıqlı fəaliyyətin əsasını təşkil edir - Serbiyadan rəy

Bakı, 18 fevral, Tamilla Məmmədova, AZƏRTAC

Energetika və müdafiə sənayesi Azərbaycan–Serbiya iqtisadi əməkdaşlığının ən perspektivli istiqamətlərindən biri kimi nəzərdən keçirilir.

Bu fikri AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında Serbiyanın beynəlxalq təhlükəsizlik məsələləri üzrə eksperti Vuk Vuksanoviç səsləndirib.

Onun sözlərinə görə, Azərbaycanın Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən enerji təchizatının diversifikasiyası üzrə layihələrdə iştirakı Serbiyanın və digər Balkan ölkələrinin ənənəvi enerji daşıyıcılarının tədarükündən asılılığının azalmasına töhfə verə bilər. O, həmçinin müdafiə sənayesi sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsini, o cümlədən mümkün birgə müəssisələrin yaradılmasını istisna etməyib və bildirib ki, bu cür layihələr ikitərəfli əməkdaşlığa uzunmüddətli, praqmatik xarakter verə bilər.

Ekspert əlavə edib ki, bu əməkdaşlıq texnologiya mübadiləsi, investisiyaların cəlb edilməsi və birgə proqramların həyata keçirilməsi üçün yeni imkanlar açır ki, bu da hər iki ölkənin davamlı inkişafına töhfə verir.

Seçilən
115
1
azertag.az

2Mənbələr