AZ

Serbiyalı ekspert: Liderlər arasında şəxsi dialoq Azərbaycan Serbiya əməkdaşlığını gücləndirir

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 fevral, Tamilla Məmmədova, AZƏRTAC

Azərbaycan və Serbiya liderləri arasında şəxsi dialoq ikitərəfli münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır və onlara əlavə dinamizm verir.

Bu barədə beynəlxalq təhlükəsizlik üzrə serbiyalı ekspert Vuk Vuksanoviç AZƏRTAC-ın saytında yayımlanan "Azərbaycan və dünya" proqramının son buraxılışında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandr Vuçiç arasında müntəzəm təmaslar siyasi etimadın dərinləşməsinə, regional və qlobal gündəliyin məsələləri üzrə mövqelərin daha sıx əlaqələndirilməsinə töhfə verir. O qeyd edib ki, iki liderin beynəlxalq platformalarda qarşılıqlı əlaqəsi münaqişələr, ərazi mübahisələri ilə bağlı problemləri, kiçik və orta dövlətlərin qlobal siyasətdəki rolunu müzakirə etməyə imkan verir.

Ekspert vurğulayıb ki, liderlər arasında müntəzəm ünsiyyət həm də hökumətlərarası proqramların və birgə iqtisadi layihələrin inkişafı üçün müsbət mühit yaradır, onların uzunmüddətli strateji tərəfdaşlığını gücləndirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
2
azertag.az

3Mənbələr