AZ

İcma sədri: "1987–1991-ci illərin son deportasiyası ilə bağlı siyahıyaalma yekunlaşıb" » AzadMedia.az

İcma

Bakı. 1987–1991-ci illərdə baş vermiş son deportasiya prosesi ilə bağlı aparılan siyahıyaalma tamamilə yekunlaşıb.
Bu barədə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli məlumat verib.

Onun sözlərinə görə, siyahıyaalmanın başa çatdırılması İcmanın strukturunda fəaliyyət göstərən rayon və kənd icmalarının nümayəndələrinin fəal iştirakı nəticəsində mümkün olub. Sədr bildirib ki, 38 il ərzində görülməyən bir iş məhz bu mərhələdə uğurla yekunlaşdırılıb.

Ə.Ələkbərli qeyd edib ki, yaxın vaxtlarda media nümayəndələri üçün yekun statistik rəqəmlər açıqlanacaq. Onun sözlərinə görə, təqdim olunacaq göstəricilər son və dəqiqləşdirilmiş məlumatlardır.

Qeyd edək ki, siyahıyaalmanın nəticələrinin açıqlanması 1987–1991-ci illər deportasiya prosesi ilə bağlı faktoloji bazanın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Seçilən
1
1
azadmedia.az

2Mənbələr