AZ

PİS PROQNOZ verdilər - Azərbaycan komandasının heç şansı yoxdur?

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Nyukasl”ı qəbul edəcək. Qarşılaşma saat 21:45-də start götürəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bukmeker kontorlarının analitiklərinə görə, matçın aşkar favoriti İngiltərə təmsilçisidir.

“Nyukasl”ın qələbə ehtimalı 68,3 faiz qiymətləndirilir. “Qarabağ”ın qalib gəlmək şansı 12,6 faiz, heç-heçə variantı isə 19,1 faiz göstərilir.

Tərəflər arasında cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.

Seçilən
34
sportinfo.az

1Mənbələr