AZ

Çin istehsalı olan nəqliyyat vasitələrinin hərbi obyektlərə daxil olması qadağan edildi

Polşa Çin istehsalı olan nəqliyyat vasitələrinin hərbi obyektlərə daxil olmasını qadağan edib.

Editor.az xəbər verir ki, “Reuters” agentliyinin Polşa ordusuna istinadən verdiyi məlumata görə, qadağa göyərtədəki sensorların həssas məlumatların toplanması üçün istifadə edilə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən tətbiq edilib. Nəşr aydınlaşdırır ki, “müəyyən funksiyalar söndürülərsə və digər təhlükəsizlik tədbirlərinə əməl olunarsa”, Çin istehsalı olan nəqliyyat vasitələrinin qorunan obyektlərə daxil olmasına icazə verilə bilər.

Agentlik əlavə edir ki, “məxfi məlumatların açıqlanması riskini məhdudlaşdırmaq üçün ordu həmçinin Çin istehsalı olan nəqliyyat vasitələrində xidməti telefonların informasiya-əyləncə sistemlərinə qoşulmasını da qadağan edib”.

//Samir Qurbanov, Editor.az

Seçilən
34
editor.az

1Mənbələr