AZ

Məşhur internet brauzeri “Windows 7” üçün dəstəyi dayandırır

Bakı. Trend:

“Mozilla” şirkəti “Windows 7” əməliyyat sistemində “Firefox”brauzerinin dəstəyinin tezliklə dayandırılacağını elan edib.

Trend xəbər verirki, bu qərar “Microsoft”un 2020-ci ilin yanvar ayında Windows 7üçün rəsmi dəstəyi dayandırması ilə əlaqədardır və artıq Mozilla buplatformada “Firefox”üçün təhlükəsizlik yeniləmələri və səhvdüzəlişləri buraxmayacaq.

“Windows 7” istifadə etməyə davam edən istifadəçilərtəhlükəsizlik və uyğunluq problemləri ilə üzləşə bilərlər.“Mozilla” brauzerin təhlükəsiz və stabil işləməsini təmin etməküçün istifadəçilərə “Windows 10” və ya “Windows 11” kimi daha yeniəməliyyat sistemi versiyasına keçməyi tövsiyə edir.

Xatırladaq ki, “Firefox 115” 2023-cü ilin iyul ayında buraxılıb.Rəsmi olaraq bu, Windows 7, Windows 8 və Windows 8.1 sistemlərinidəstəkləyən son Firefox buraxılışı olub.

Məqalədə:
Seçilən
96
1
az.trend.az

2Mənbələr