AZ

Bakalavr təhsili 3 ilə, dərs müddəti 70 dəqiqəyə enə bilər AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Ali təhsil müəssisələrində dərs müddətinin 80, hətta bəzi hallarda 90 dəqiqə olması həm tələbələr, həm də müəllimlər arasında müəyyən narahatlıq və narazılıq doğurur. Hesab edirəm ki, bəzi inkişaf etmiş ölkələrdə olduğu kimi, dərs müddətinin ən azı 70 dəqiqə səviyyəsində müəyyənləşdirilməsi daha məntiqli və məqsədəuyğun olardı".

Bu fikirləri Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi ali təhsil müəssisələrində dərs müddətinin 80 dəqiqə olmasından danışarkən bildirdi.

"Mövcud tədris proqramları əsasən dörd il ərzində mənimsənilməsi nəzərdə tutularaq formalaşdırılır. Bu prosesdə qeyri-ixtisas fənləri də mühüm yer tutur. Həmin qeyri-ixtisas fənlərinin sayını azaltmaqla tədris müddətini qısaltmaq, yəni bakalavr pilləsini dörd il deyil, üç il ərzində başa vurmaq mümkündür. Bununla yanaşı, auditoriyada keçirilən bir dərs saatının müddətini də 70 dəqiqəyə qədər azaltmaq real görünür. Belə bir yanaşma bakalavr tələbələrinin yorğunluğunu azalda, dərs yükünü optimallaşdıra bilər. Eyni zamanda, müəllimlərin də tədris prosesini daha çevik və enerjili şəkildə həyata keçirməsinə şərait yaradar", - deyə ekspert vurğuladı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
81
1
redaktor.az

2Mənbələr