Bakı, 18 fevral, AZƏRTAC
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı martın 13-də Xaçmaz şəhərində vətəndaşları qəbul edəcək.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran sakinləri iştirak edə bilərlər. Qəbula çağrı mərkəzinin 146-7, elektron formada [email protected] və ya portal.edu.az saytının vasitəsilə yazılmaq mümkündür.
Qeydiyyat martın 11-i saat 18:00-dək davam edəcək. Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.