AZ

Fənərbağça da Asensio həyəcanı: İspaniya klubu 15 milyonla qapını döydü

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Fənərbağça"nın ulduzu Marko Asensio göstərdiyi möhtəşəm performansla yenidən vətəni İspaniya klublarının diqqət mərkəzinə düşüb.

Fanat.Az xəbər verir ki, "Vilyarreal" rəhbərliyi təcrübəli yarımmüdafiəçini transfer siyahısına daxil edib və onun üçün "sarı-lacivərdlilər"ə 15 milyon avroluq rəsmi təklif göndərməyi planlaşdırır.

İspan mətbuatının yaydığı məlumata görə, "sarı sualtı qayıqlar" Asensionu yeni mövsüm üçün öz layihəsinin lideri kimi görür. Lakin "Fənərbağça" rəhbərliyi ulduz futbolçusunu bu qədər asanlıqla buraxmaq niyyətində deyil və onun qiymətini artıq bəlli edib.

İstanbul təmsilçisi 20 milyon avrodan aşağı olan təklifləri müzakirə etməyəcəyini və oyunçunun dəyərinin məhz bu məbləğdən başladığını bildirib.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
1
fanat.az

2Mənbələr