AZ

Fransa klubu yeni baş məşqçisini AÇIQLADI

Liqa 1-də ardıcıl üç məğlubiyyətdən sonra baş məşqçi Habib Beyeni istefaya göndərən “Renn” yeni çalışdırıcısını açıqlayıb.

Bizim.Media xəbər verir ki, "qırmızı-qaralar" komandanı Frank Ezə tapşırıb. 54 yaşlı mütəxəssis ilə 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atılıb.

Qeyd edək ki, təcrübəli mütəxəssis buna qədər Fransanın digər təmsilçiləri - "Lans" və "Nitsa"dakı fəaliyyəti ilə tanınır.
 

Baş məşqçi ayrılığından sonra əvəzedici heyətin məşqçisinin rəhbərliyi altında meydana çıxan "Renn" son turda PSJ-ni 3:1 hesabı ilə məğlub edərək gözlənilməz qələbə qazanıb.


Hazırda Fransa çempionatının turnir cədvəlində 6-cı pillədə qərarlaşan "Renn" növbəti oyununu fevralın 22-də səfərdə "Oser"ə qarşı keçirəcək.

Bizim.Media

Seçilən
62
1
bizim.media

2Mənbələr