AZ

BŞ: Avropaya qarşı sərtik, amma bu, sevgidən irəli gəlir

BŞ: Avropaya qarşı sərtik, amma bu, sevgidən irəli gəlir

Amerika Birləşmiş Ştatları Avropanın hərbi və iqtisadi cəhətdən daha güclü olması üçün ona qarşı sərt, lakin "sevgi dolu" bir münasibət bəsləyir. AFN.az xəbər verir ki, bu maraqlı bəyanatla ABŞ-ın energetika naziri Kris Rayt çıxış edib. "Agence France-Presse" agentliyinə müsahibə verən nazir bildirib ki, Vaşinqtonun nümayiş etdirdiyi bu "sərt sevgi" Avropanın güclü orduya, möhkəm enerji sisteminə və rəqabətqabiliyyətli iqtisadiyyata sahib olmasına kömək etmək məqsədi daşıyır. Raytın sözlərinə görə, bu yanaşma Avropanı ABŞ üçün daha güclü və layiqli bir müttəfiqə çevirəcək.

Energetika naziri Qrenlandiya ətrafında yaşanan diplomatik gərginliyə də toxunaraq bildirib ki, Avropa hələ də ABŞ-ı "etibarlı müttəfiq" kimi görməkdə davam edə bilər. O, Prezident Donald Trampın Qrenlandiya ilə bağlı "çox aqressiv" siyasət yürütdüyünü etiraf etsə də, ABŞ-ın adaya hərbi müdaxilə ehtimalının heç vaxt real olmadığını vurğulayıb. Eyni zamanda, Kris Rayt Vaşinqtonun Avropa üçün sabit təbii qaz tədarükçüsü olaraq qalacağını və yanacaqdan geosiyasi alət kimi istifadə etməyəcəyinə dair zəmanət verib. Xatırladaq ki, yanvarın 31-də ABŞ administrasiyası Qrenlandiyanın gələcək taleyi ilə bağlı Danimarka ilə rəsmi danışıqlara başladığını elan edib və hər iki tərəf üçün faydalı olacaq bir sövdələşməyə ümid etdiyini bildirib.

Seçilən
94
afn.az

1Mənbələr