AZ

"Memar Əcəmi" metrosunun 4-cü çıxışı AÇILDI

"Bakı Metropliteni" QSC Yaşıl xəttinin "Memar Əcəmi" stansiyasının ikinci vestibülünün keçidində aparılan təmir işlərini başa çatdırıb.

Bu barədə Bizim.Media-ya səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, müvəqqəti olaraq bağlanan 4-cü çıxış təkrar sərnişinlərin istifadəsinə verilib.
 

Görülən işlər çərçivəsində keçid hissəsi yenilənib, infrastruktur daha təhlükəsiz və funksional hala gətirilib, sərnişin axınının rahat tənzimlənməsi üçün şərait yaxşılaşdırılıb.


Təmir işlərinə bu il yanvarın 6-da başlanılmışdı.

Bizim.Media

Seçilən
47
10
bizim.media

10Mənbələr