AZ

İsveçrə Ukrayna danışıqlarının növbəti raunduna ev sahibliyi etməyə hazırdır

İsveçrə Ukrayna danışıqlarının növbəti raunduna ev sahibliyi etməyə hazırdır

Cenevrədə baş tutan üçtərəfli müzakirələrin yekununda İsveçrə Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsinin nizamlanması üçün növbəti görüşləri qəbul etməyə hazır olduğunu bəyan edib.

AFN.az xəbər verir ki, nazirliyin mətbuat xidməti İsveçrənin Ukraynada ədalətli və davamlı sülhün bərqərar olmasına yönəlmiş hər bir diplomatik təşəbbüsü dəstəklədiyini və bütün tərəflərlə təmasda olaraq öz vasitəçilik xidmətlərini təklif etməyə davam etdiyini bildirib.

Fevralın 17-18-də Cenevrədə keçirilən Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşü çərçivəsində tərəflər sülh prosesinin çərçivə prinsipləri üzərində gərgin müzakirələr aparıblar.

Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski sonuncu günün müzakirələrinin təxminən iki saat çəkdiyini, görüşün çətin, lakin işgüzar atmosferdə keçdiyini qeyd edib. O, həmçinin yaxın vaxtlarda növbəti görüşün keçiriləcəyini anons edib, lakin konkret tarix və məkan hələlik dəqiqləşdirilməyib.

Seçilən
41
afn.az

1Mənbələr