AZ

Riyaziyyat fənni uşaqlara niyə çətin gəlir?

Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Uşaqların əksəriyyəti üçün riyaziyyat fənninin nəyə görə çətin olduğunun səbəbləri araşdırılıb. 

Reyting.az xəbər verir ki, belə bir eksperiment Stanford Universiteti alimlərinin iştirakı ilə aparılıb.

Tədqiqatçılar bildiriblər ki, onların əsas məqsədi orta təhsilli uşaqlardan hansı ədədin daha böyük olduğunu müəyyənləşdirmək və daha çox nöqtədən ibarət qrupu seçmək tələb olunub. Tədqiqatçılar yalnız cavabların düzgünlüyünü deyil, həm də uşağın proses zamanı etdiyi səhvlərdən sonra strategiyasını dəyişib-dəyişmədiyini izləyiblər.

Yeni araşdırmalar göstərib ki, uşaqlarda riyaziyyatla bağlı çətinliklər təkcə ədədləri anlamaqla deyil, beynin səhvlərə reaksiyası ilə də əlaqəlidir.

Alimlərin elmi izahına görə, ümumiyyətlə, riyazi çətinliklərlə üzləşən uşaqların çoxu bəzən müxtəlif yanlışlıqlarla qarşılaşsalar da, həll yanaşmalarını daha az hallarda korrektə edirlər. Bu isə neyro­vizuallaşdırmanın olduğunu, həmçinin davranışa nəzarət və uyğunlaşmaya cavabdeh beyin sahələrində aktivliyin azaldığının sübutudur.

Yeni eksperimentin rəhbəri Hesanq Çanqın fikrincə, ortaya çıxan bu pozuntular yalnız ədədi bacarıqlara xas olmaya da bilər. Alim həmçinin vurğulayıb ki, ümumilikdə, bu cür uşaqlarda tapşırıqların icrasına nəzarət, eləcə də öyrənmə prosesində davranışların uyğunlaşdırılması ilə bağlı daha geniş idrak mexanizmlərini əks etdirən potensial yarana bilər.

Çanq daha sonra qeyd edib ki, uşaqlarda riyazi tapşırıqlara səhv cavabdan nəticə çıxarmaqla, həmçinin seçilmək, eyni zamanda daha çox irəliləyiş əldə etmək cəhdləri müşahidə oluna bilər, çünki hər bir uşaq strategiyasını dəyişmək bacarığına malikdir.

Qeyd edək ki, elmi araşdırmaların yekun nəticələri ilə bağlı məqalə "The Journal of Neuroscience" jurnalında dərc olunub.

Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
reyting.az

1Mənbələr