AZ

İrəvanda atışma: Ölən və çoxsaylı YARALI VAR – VİDEO

İrəvan şəhərində silahlı insident baş verib.

NOCOMMENT.az xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, atəş səsləri şəhərin Acapnyak inzibati rayonunda eşidilib.

İlkin məlumatlara əsasən, “Armeniya” tibb mərkəzinə 7 nəfər çatdırılıb. Onlardan biri həyatını itirib, iki nəfərin vəziyyəti son dərəcə ağır qiymətləndirilir, digər yaralıların durumu isə stabil ağır olaraq dəyərləndirilir.

Ermənistan Daxili İşlər Nazirliyindən bildirilib ki, hazırda hadisə ilə bağlı operativ-axtarış tədbirləri həyata keçirilir. Hadisənin səbəbləri və iştirakçıları araşdırılır.

Sara

Seçilən
62
nocomment.az

1Mənbələr