AZ

Miri Yusiflə xanımı necə tanış olub? - "Ailələr qərarımıza şok oldu!"

Xalq artisti Miri Yusifin bloger xanımı Nərgiz Mirbabayeva onunla tanışlıq hekayəsini izləyiciləri ilə bölüşüb.

Ölkə.az xəbər verir ki, o bu barədə instaqram hesabında paylaşım edib.

"2008-ci ildə yay tətilində Kiprdən Bakıya gəlmişdim. O vaxt Kiprdə universitətdə oxuyurdum. Həyatımdan çox razı idim, gələcək planlarım var idi. Təsadüfən qardaşım məni konsertə dəvət etdi. Fasilədə Miri Yusiflə qarşılaşdım. Tanımadım, üzünə baxdım ki, tanış üzdür. Görəsən, bu oğlanı harada gömüşəm? Miri Yusif pərəstişkarları ilə foto çəkdirirdi və mən yanlarından keçirdim. Yadımdan onun baxışı heç vaxt çıxmayacaq. Məndən gözünü çəkmirdi. Mən də ona baxırdım. Sonra konsert başladı, Miri Yusifi səhnədə gördüm və dedim, həmin oğlan, tanıdım. Evə qayıtdım, bütün gecə düşündüm ki, Miri Yusifi bir də harada görəcəyəm. İlk baxışdan sevgi... Bizimki elə oldu.

Səhər oyandım, qardaşımla qonaq gedirdik, bilmirdim hara gedirik. Gəldik və gördüm ki, biz Miri Yusifgilə qonaq getmişik. Həmin vaxt Miri Yusif harasa gedirdi, biz qapıda qarşılaşdıq və qayıtdı evə. Daha yaxından tanış olduq, bütün axşamı gizlin-gizlin bir-birimizə baxdıq. Qismət. Bizimkisi ilk baxışdan eşq oldu. Sonra bildim ki, hisslərim qarşılıqlıdır. 1 ay sonra evləndik. Ailələr bizim bu qərarımıza şok oldu. Hərə bir tərəfdən tərəddüd edirdi. Amma mən bilirdim ki, bir şeyi ürəkdən istəyirəmsə, ona mütləq nail olacağam. Kiprdəki müstəqil həyat planlarım alt-üst oldu. İllər keçir və anlayıram ki, 19 yaşındakı qız doğru qərar alıb", - deyə N.Mirbabayeva qeyd edib.

Həmidə İbrahimova

Seçilən
24
1
olke.az

2Mənbələr