AZ

Məktəbdə şagird 2-ci mərtəbədən yıxıldı

Mingəçevirdə şagird oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxılıb.

7News.Az Unikal.az-a istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhər 3 saylı şəhər orta məktəbdə baş verib.

Belə ki, 2008-ci il təvəllüdlü Elmin Kasumov hələki məlum olmayan səbəbdən oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxllaraq müxtəlif bədən xəsarətləri alıb. Yaralı şagird təcili xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, zərərçəkən Rusiyada doğulub.

Faktla bağlı araşdırma başlanıb.
Seçilən
28
20
7news.az

10Mənbələr