AZ

Çay evində vurduğu şəxs pilləkəndən yıxılıb öldü

Fevralın 16-da axşam saatlarında 36 yaşlı Cavid Əhmədov Göyçay şəhərində yerləşən çay evlərinin birində hündürlükdən düşərək aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, qeyd olunan obyektdə C.Əhmədovla 31 yaşlı Mehman Əsgərov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Mübahisə zəminində C.Əhmədov pilləkənlərdən yerə yıxılıb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə  M.Əsgərov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

"Cebheinfo.az"

Seçilən
27
3
cebheinfo.az

3Mənbələr